0
Thursday 28 May 2020 - 13:55

Rusiya: “İdlibdə türk əsgərinin ölməsində məsuliyyəti TİP daşıyır”

Story Code : 865233
Rusiya: “İdlibdə türk əsgərinin ölməsində məsuliyyəti TİP daşıyır”
Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Oleq Juravlyov bugünkü (28 may) mətbuat brifinqində bunları deyib: “Mərkəzimizin əldə etdiyi məlumata görə, terror aktına görə Türkistan İslam Partiyasının yaraqlıları məsuliyyət daşıyırlar. Türkiyənin hərbi karvanı bu terror qruplaşmasının silah-sursat anbarına yaxınlaşdıqda əldəqayırma partlayıcı qurğuları partlatdıblar.

Juravlyov hücumun mayın 27-si saat 10:40 radələrində İdlibin İnkzik ərazisində reallaşdırıldığını bildirərək, belə deyib: “Partlayış nəticəsində çoxlu sayda qəlpə yarası alan və Türkiyə ərazisinə təxliyə edilən, bir Türkiyə əsgəri həyatını itirdi”