QR CodeQR Code

Tehranın sevilən sabiq meri İranın yeni parlament sədir oldu

IslamTimes , 28 May 2020 12:32

İslamTimes: İranda Parlamentin bu gün səhərki (28 may, cümə axşamı) iclası 11-ci çağırış üzrə parlamentin rəyasət heyətinin seçilməsi ilə başlayıb.


Bu toplantıda Tehranın sabiq meri Məhəmməd Baqir Qalibaf millət vəkillərinin əksəriyyətinin etimadını qazanaraq, 230 səslə 11-ci çağırış üzrə parlamentin sədri seçilib.

Seyid Mustafa Ağa Mirsəlim və Fereydun Abbasi Dəvani, müvafiq olaraq 12 və 17 səs qazanıblar.

Bundan öncəki 3 dönəmdə Əli Laricani parlamentə rəhbərlik edib. Əli Laricani fevral ayında keçirilən seçkilərə namizədliyini verməkdən imtina etmişdi.

Məhəmməd Baqir Qalibaf 1961-ci ildə anadan olub. O, Tehran meri olduğu zaman paytaxtın abadlaşdırılmasında təqdirə layiq fəaliyyətləri ilə İran xalqının sevgisini qazanmağa nail olub.


Story Code: 865235

News Link :
https://www.islamtimes.org/az/news/865235/tehranın-sevilən-sabiq-meri-iranın-yeni-parlament-sədir-oldu

Islam Times
  https://www.islamtimes.org