QR CodeQR Code

ABŞ vətəndaşlarına Fələstindəki iğtişaşlar barədə xəbərdarlıq edib

IslamTimes , 28 May 2020 17:06

İslamTimes: Sionist rejimin Fələstin torpaqlarının böyük bir hissəsini işğal etməyə hazırlaşması səbəbindən, qəsb edilmiş Fələstin ərazisindəki ABŞ səfirliyi mümkün qarışdurmalar barədə vətəndaşlarına xəbərdarlıq edib.


Jerusalem Post qəzetinin verdiyi xəbərə görə işğal altındakı Qüdsdəki ABŞ səfirliyinin bəyanatında Amerika vətəndaşlarına xəbərdarlıq edilir ki, Qərbi Şəriyədə və Qəzzada yaşana biləcək gərginliklər səbəbindən bu ərazilərə yaxınlaşmasınlar və ya səfər etməsinlər!

ABŞ səfirliyi həmçinin işğal altındakı Fələstindəki vətəndaşlarına bildirib ki, Qərb Sahilinin işğalı planı səbəbindən etiraz aksiyalarının keçiriləcəyi ehtimalına görə özlərini qorusunlar və toplumdan uzaq dursunlar. 

Bundan öncə sionist rejimin işğal olunmuş ərazilərdəki koordinatoru olan general Kamil Abu Rokon Qərb Sahilinin ilhaqı planının fələstinlilərin yeni əməliyyatlara start verməsinə səbəb olacağı ilə bağlı xəbərdarlıq etmişdi.

İşğalçı İsrail rejimi ABŞ dövlətinin Qüdsü sionist rejimin paytaxtı elan etməsindən və öz səfirliyini Qüdsə köçürməsindən sonra Qərb Sahilinin 30 faizini rəsmi şəkildə işğal etmək fikrinə düşüb.

Əksər ölkələr İsrailin bu ağılsız planına qarşı çıxaraq, sionist rejimə bu işğalçı planla bağlı xəbərdarlıq ediblər.


Story Code: 865260

News Link :
https://www.islamtimes.org/az/news/865260/abş-vətəndaşlarına-fələstindəki-iğtişaşlar-barədə-xəbərdarlıq-edib

Islam Times
  https://www.islamtimes.org