QR CodeQR Code

İrandan ABŞ-a sərt mesaj: Ya məğlubiyyəti qəbul edin ya da təhqir olunmağa davam edin!

IslamTimes , 29 May 2020 01:35

İslamTimes: Abbas Musəvi: İran deyil, ABŞ seçim etmək məcburiyyətindədir. Ya məğlubiyyəti qəbul edin, ya da...


İran Xarici İşlər Nazirliyinin sözçüsü Seyyid Abbas Musəvi cümə axşamı günü rəsmi Twitter səhifəsində ABŞ Dövlət Departamentinin İran üzrə İşçi Qrupunun rəhbəri Brayan Hukun sözlərinə cavab ünvanlayıb. Abbas Musəvi Brayan Hukun "İranın qarşısında cəmi iki yol var" deməsinə cavab olaraq deyib: "Sizin maksimum təzyiqiniz, bizim maksimum müqavimətimiz, polad iradəmiz və daxili naililiyyətlərə arxalanmağımızla puça çıxacaq!"

İran XİN sözçüsü sözlərinin davamında əlavə edib: "Seçim etmək məcburiyyətində olan siz özünüzsünüz! Ya məğlubiyyəti qəbul edərək, İran xalqına hörmət etməyi öyrənin, ya da mənfur sima olaraq qalmağa, təhqir və təcrid olunmağa davam edin!"

Qeyd edək ki, İran neft tankerlərini Venesuelaya göndərdiyi zaman ABŞ İrana hədə-qorxu gəlsə də, rəsmi Tehran geri addım atmayacağını və hücuma hücumla cavab verəcəyini bildirib. Artıq İranın 3-cü neft tankeri Venesuelaya çatıb. Analitiklər İranın bu addımı ilə ABŞ-ın əzəmətini, hegomonluğunu ayaq altına aldığını bildirir.


Story Code: 865353

News Link :
https://www.islamtimes.org/az/news/865353/irandan-abş-a-sərt-mesaj-ya-məğlubiyyəti-qəbul-edin-ya-da-təhqir-olunmağa-davam

Islam Times
  https://www.islamtimes.org