QR CodeQR Code

İşğalçı İsrail rejimi Əl-Əqsa məscidinin imam-camaatını həbs etdi

30 May 2020 06:34

İslamTimes: Şeyx İkrimə Səbrinin ailəsindən adının açıqlanmasını istəməyən bir şəxs Anadolu müxbirinə bildirib ki, İsrail rejiminin qüvvələri Qüdsün Əs-Suvvanə məhəlləsindəki Şeyx Səbrinin evinə basqın edərək, onu həbs ediblər.


Deyerler.org xəbər verir ki, Səbrinin saxlanılmasına etiraz etdiyini bildirən şəxs, İsrail rejiminin qüvvələrinin şeyxi heç bir əsas olmadan zorla həbs etdiyini söyləyib.

Sözügedən şəxs, Şeyx Səbrinin sionist rejim qüvvələri tərəfindən Qüdsün Qədim Şəhər hissəsindəki Caffa (Hebron) qapısı yaxınlığında olan polis bölməsinə aparıldığını qeyd edib.

İşğalçı İsrail rejimi yanvar ayında Əl-Əqsa məscidinin imam-camaatı Şeyx İkrimə Səbrini 4 ay müddətinə Əl-Əqsa məscidindən uzaqlaşdırmaq qərarı vermişdi.


Story Code: 865550

News Link :
https://www.islamtimes.org/az/news/865550/işğalçı-israil-rejimi-əl-əqsa-məscidinin-imam-camaatını-həbs-etdi

Islam Times
  https://www.islamtimes.org