QR CodeQR Code

Tramp ABŞ-ın ÜST-lə əlaqələrini kəsdiyini elan edib

30 May 2020 08:07

İslamTimes: Prezident Donald Tramp ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə münasibətlərini kəsdiyini elan edib.


APA RİA Novosti-yə istinadən xəbər verir ki, ABŞ lideri bu qərarı ÜST-ün Vaşinqtonun tələb etdiyi islahatları həyata keçirməkdən imtina etməsi ilə izah etdi. 

Ağ Ev rəhbəri iddia edib ki, artıq Birləşmiş Ştatlar təşkilat üçün nəzərdə tutulmuş vəsaitləri dünyada təcili tibbi yardıma ehtiyac duyulan istiqamətlərə yönəldəcək.


Story Code: 865556

News Link :
https://www.islamtimes.org/az/news/865556/tramp-abş-ın-üst-lə-əlaqələrini-kəsdiyini-elan-edib

Islam Times
  https://www.islamtimes.org