QR CodeQR Code

Nyu-Yorkda 2 milyon insan koronaya yoluxub - Araşdırma

30 May 2020 09:25

İslamTimes: Nyu Yorkda 2 milyondan çox insan koronavirusa yoluxmuş ola bilər.


Axar.az xəbər verir ki, bu barədə Nyu York Səhiyyə Departamentinin araşdırmasında deyilib.

Araşdırmada bildirilib ki, real rəqəmlər rəsmi məlumatlardan 10 dəfə çox ola bilər. Belə ki, aparılan testlərin nəticələrinə görə, hər 7 nəfərdən biri koronavirusa yoluxub.

“Yoluxmuş insanların bəzilərində simptomlar büruzə verməyib, yüngül olub. Bəziləri ümumiyyətlə həkimə müraciət etməyib. Fevral-mart aylarında yetəri qədər testlər olmadığına görə xeyli insanın yoxlamadan keçməməsi mümkündür”, - deyə araşdırmada bildirilib.


Story Code: 865568

News Link :
https://www.islamtimes.org/az/news/865568/nyu-yorkda-2-milyon-insan-koronaya-yoluxub-araşdırma

Islam Times
  https://www.islamtimes.org