QR CodeQR Code

Fələstinli "Floyd"lara dünya nə üçün susur?!

IslamTimes , 30 May 2020 21:05

İslamTimes: İsrail hərbçiləri vəhşilikdə ABŞ polislərindən geri qalmır!


Bir neçə gündür Minnepolis şəhərində polis məmurunun Corc Floyd adlı qaradərilini vəhşicəsinə qətlə yetirməsi səbəbindən etirazlar keçirilir.

İnternetdə yayılan görüntülərdə polis məmurunun dizini Floydun boynuna basaraq onun nəfəs almasına mane olduğu görünür.

Bu hadisədən sonra Fələstinin "Şəhab" informasiya agentliyi İsrail hərbçilərinin də vəhşilikdə ABŞ-dan geri qalmadığını yazaraq, sionist hərbçilərin demək olar ki, hər gün fələstinliləri necə həbs etdiyi ilə bağlı görüntüləri yayımlayıb.

İşğalçı rejim müxtəlif bəhanələrlə fələstinli gəncləri həbs edir. 2020-ci il başlayandan sionistlər 600 fələstinlini həbs edib. Hazırda İsrail həbsxanalarında 4800 fələstinli var. Onlardan 39 qadın, 170-i azyaşlıdır. Həbs edilənlər arasında onlarla yaşlının da olduğu bildirilir. Hazırda həbsdə olan Fəvad əl-Şuvbekinin yaşı 80-dan çoxdur, 2003-cü ildən həbsdə olan Movfəq Uruqun isə 75 yaşı var və o xərçəng xəstəsidir.

Sionistlərin ABŞ polislərinin vəhşiliyini xatırladan qəddarlıqlarları ilə bağlı görüntüləri təqdim edirik:

1

2

3

4


Story Code: 865673

News Link :
https://www.islamtimes.org/az/news/865673/fələstinli-floyd-lara-dünya-nə-üçün-susur

Islam Times
  https://www.islamtimes.org