QR CodeQR Code

Çin XİN nümayəndəsindən ABŞ-a unudulmaz cavab!

IslamTimes , 30 May 2020 23:38

İslamTimes: Çin XİN sözçüsü ABŞ XİN rəsmisinin Çini tənqid edən tvitini paylaşaraq "nəfəs ala bilmirəm" sözlərini yazdı


Çin Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ XİN sözçüsü Morgan Ortaqusun Twitterdəki mesajını şəxsi səhifəsində paylaşaraq, "nəfəs ala bilmirəm" sözlərini yazıb. Bu sözlər bir neçə gün öncə Amerika polisi tərəfindən öldürülən Corc Floydun ölümündən öncə söylədiyi son cümlə idi. Xanım Hua Çunyinqin bu qətllə bağlı eyhamlı tviti ABŞ XİN sözçüsünün bir müddət öncəki tvitinə cavab olaraq yazılıb. 

ABŞ XİN sözçüsü Morgan Ortaqus bir neçə gün öncə Çinin "Honkonq Milli Təhlükəsizlik Qanunu"nu tənqid edərək yazmışdı ki, "İndi önəmli bir zamandır. Dünyadakı azadlıqsevər insanlar Honkonq əhalisinə qarşı öhdəliklərini açıq şəkildə pozan Çin Kommunist Partiyasını sorğuya çəkməlidir!"

Qeyd edək ki, polisin dizini boğazına basaraq, Corc Floydu öldürməsi ABŞ-da etiraz aksiyalarının başlamasına səbəb olub. Etirazçılar polisin zor tətbiq etdiyini görərək, daha sərt nümayişlərə başlayıb. Minnepolisdə polis idarəsinə od vurulub, polis maşınları yararsız vəziyyətə gətirilib. Prezident Donald Tramp vəziyyətin kontroldan çıxdığını görərək, şəhərə ordu yeridəcəyini bildirib. 


Story Code: 865691

News Link :
https://www.islamtimes.org/az/news/865691/çin-xin-nümayəndəsindən-abş-a-unudulmaz-cavab

Islam Times
  https://www.islamtimes.org