QR CodeQR Code

AB-dən Trampa çağırış: Qərarını dəyiş!

31 May 2020 09:40

İslamTimes: Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen və Avropa Birliyinin Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Jozep Borrell ABŞ-ı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə əlaqələri dayandırması barədə qərarını yenidən nəzərdən keçirməyə səsləyib.


Axar.az xəbər verir ki, Ursula fon der Leyen və Jozep Borrell bununla bağlı birgə bəyanat yayaraq, AB-nin rəhbərlik etdiyi Dünya Səhiyyə Assambleyasının koronavirusla mübarizədə əldə edilən nəticələrin müstəqil araşdırılması barədə qərar verdiyini bildirib:

"Qlobal təhdid qarşısında ortaq həll yolları tapılmalı və işbirliyini inkişaf etdirməliyik. Beynəlxalq nəticələri zəiflədən addımların qarşısı alınmalıdır. Bu səbəbdən ABŞ-ı elan edilmiş qərara yenidən baxmağa çağırırıq".

Qeyd edək ki, Prezident Donald Tramp ABŞ-ın ÜST ilə əlaqələrini kəsdiyini bəyan edib.


Story Code: 865714

News Link :
https://www.islamtimes.org/az/news/865714/ab-dən-trampa-çağırış-qərarını-dəyiş

Islam Times
  https://www.islamtimes.org