QR CodeQR Code

YƏHUDI HAHAMLARI BÖYÜK CINAYƏTKAR DƏSTƏ TƏRKIBINDƏ

İslam-Azeri.az , 25 Jul 2009 10:37

İslam-Azeri.az İnternet Qəzetinin Mig Nyus-a istinadlı xəbərinə görə, ABŞ-ın FTB (Federal Təhqiqat Bürosu) yəhudi hahamlar daxil olmaqla böyük bir cinayətkar dəstə yaxalayıb.


Verilən məlumata görə, 44 nəfər həbs edilib ki, onlardan 3-ü Nyucersi ştatının şəhərlərinin merləri, 5 nəfər yəhudi hahamıdır.

Həbs edilənlərin 29 nəfəri korrupsiyada, 15 nəfəri isə dələduzluq yolu ilə pul əldə etmək maddələri ilə həbs ediliblər.

"Şearey Sion" adlı yəhudi icmasının 87 yaşlı hahamı Şaul Kasin, 200 min dolları dələduzluq yolu ilə əldə edib.

Oxal Yaakov adlı sinaqoqun hahamı İyual Dile Elyaqu Ben-Xaim isə 1.5 milyon dolları qeyri qanuni yolla əldə edib. Onun sionist rejim İsraildə siyasətçilər ilə əlaqəsinin olduğu da önə çəkilir.

Bruklinin hahamı Levi İshaq Rozenbaon isə insan orqanlarının alveri ilə məşğul olduğuna görə həbs edilib.

Hal-hazırda ABŞ-da bu həbslərdən sonra yəhudi lobbisi ayağa qalxıb. Onlar tez bir zamanda bu yəhudi hahamlarının azad edilməsini tələb edirlər. Bəzi mənbələr isə həbs edilən hahamların İsraildə himayədarları olduğunu önə çəkirlər.

DNT telekanalının məlumatına görə, həbs edilən yəhudi hahamlarının içərisində İsrailin gizli təşkilatlarının cəsusuda var. Lakin onun adı hələki mətbuata açıqlanmır.


Story Code: 8658

News Link :
https://www.islamtimes.org/az/news/8658/yəhudi-hahamlari-böyük-cinayətkar-dəstə-tərkibində

Islam Times
  https://www.islamtimes.org