QR CodeQR Code

Qəzəbli ABŞ xalqının aksiyaları səngimir (FOTO)

IslamTimes , 1 Jun 2020 00:06

İslamTimes: ABŞ-da komendat saatı elan edilməsi də qəzəbli xalqın aksiyaları dayandırmasına kömək etmədi


Amerikada polis işçisinin keçən həftə qaradərili Corc Floydu vəhşicəsinə boğaraq öldürməsinə qarşı aksiyalar daha da genişlənir. Qaradərili, silahsız Amerika vətəndaşının qətlindən yayımlanan görüntülərdə onun polis tərəfindən saxlanıldıqdan sonra yerə yatırıldığı və əlləri arxadan qandallandığı halda polisin dizini onun boynuna sıxdığı görünür. Floyd həmin an çığıraraq nəfəs ala bilmədiyini deyir və polislərdən onu öldürməmələrini xahiş edir. Lakin polis ona əhəmiyyət vermir və Floyd dəhşətli şəkildə can verərək həlak olur. 

Corc Floydun qətlindən bir neçə gün sonra müxtəlif ştatlarda, hətta başqa ölkələrdə ABŞ-da polisin irqçi davranışına etiraz aksiyaları başlayıb.

Etirazçılar, qaradərili vətəndaşa qarşı polis zorakılığına etiraz olaraq cümə axşamı gecə Minnepolis şəhərində bir polis bölməsinə hücum edib, ora od vurublar. 

Qeyd edək ki, bəzi ştatlarda etiraz aksiyalarını yatırmaq üçün komendat saatı elan edilsə də, yenə də aksiyaları dayandırmaq mümkün olmayıb.

1

2

3

4


Story Code: 865859

News Link :
https://www.islamtimes.org/az/news/865859/qəzəbli-abş-xalqının-aksiyaları-səngimir-foto

Islam Times
  https://www.islamtimes.org