QR CodeQR Code

Fələstin ərazilərinin sionist rejimə ilhaqı təxirə salına bilər 

IslamTimes , 1 Jun 2020 01:30

İslamTimes: Fələstinlilərin etirazları və beynəlxalq ictimaiyyətin tənqidləri İsrailin Qərb Sahilinin ilhaqı prosesini təxirə salmasına səbəb oldu?


Sionist rejimin təhsil naziri bildirib ki, Qərbi Şəriyənin bəzi hissələrinin işğalçı İsrail rejiminə ilhaq olunması planının icrası bir neçə gün və ya həftə təxirə salına bilər.

Fələstin KİV-nin yaydığı məlumata görə, Qərb Sahilinin ilhaq planının müəyyən səbəblərdən dolayı təxirə salına biləcəyini işğalçı İsrailin Təhsil naziri Zeev Elkin deyib.

O deyib ki, ilhaq prosesi 1 iyun tarixinə planlansa da böyük ehtimalla bir neçə gün və ya bir neçə həftə təxirə salınacaq.

Bu yaxınlarda sionist rejimin baş naziri Benyamin Netanyahu da Qərb Sahilinin ilhaqının 1 iyun tarixində həyata keçiriləcəyini elan etmişdi. Bu barədə məlumat yayan mənbə uyğun tarixin dəyişməyəcəyini bildirmişdi.


Story Code: 865863

News Link :
https://www.islamtimes.org/az/news/865863/fələstin-ərazilərinin-sionist-rejimə-ilhaqı-təxirə-salına-bilər

Islam Times
  https://www.islamtimes.org