QR CodeQR Code

Tramp Floydun qardaşı ilə danışdı, amma...

1 Jun 2020 09:55

İslamTimes: “Tramp mənə danışmaq üçün fürsət belə vermədi, danışmağa çalışırdım, lakin dərhal sözümü kəsirdi..."


Xəbər verdiyimiz kimi, ABŞ-ın Minneapolis ştatında afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsindən sonra ölkədə güclü etirazlar başlanıb və ardınca qarşıdurmaya çevrilib.

Axar.az xəbər verir ki, bu hadisələrin fonunda ABŞ Prezidenti Donald Tramp və prezidentliyə namizəd Co Bayden öldürülən Corc Floydun qardaşı Filonis Floydla telefon söhbəti aparıb.

Floyd açıqlamasında bildirib ki, Tramp söhbət zamanı danışmağa ona icazə verməyib, tez-tez sözünü kəsib:

“Mənə danışmaq üçün fürsət belə vermədi. Olduqca çətin idi. Onunla danışmağa çalışırdım, lakin dərhal sözümü kəsirdi”.

Floyd Co Baydenlə söhbətində isə ona yalvardığını bildirib:

“Baydendən ədalət istədim. Daha əvvəl heç kimə yalvarmamışdım, amma ona yalvardım. Qardaşım üçün ədalət istədim”.


Story Code: 865930

News Link :
https://www.islamtimes.org/az/news/865930/tramp-floydun-qardaşı-ilə-danışdı-amma

Islam Times
  https://www.islamtimes.org