QR CodeQR Code

ABŞ-da aksiyalar böhrana çevrilir

1 Jun 2020 11:29

İslamTimes: Amerika Birləşmiş Ştatlarının Çikaqo şəhərində keçirilən nümayişlərdə bir nəfər ölüb, beş nəfər güllə yarası alıb.


“Report”un məlumatına görə, bu barədə “NBC” televiziyası polisə istinadən xəbər verib.

Qeyd olunub ki, nümayişlər zamanı 240 nəfər saxlanılıb, nümayişçilərlə polis arasında baş verən toqquşmalarda isə 20-dən çox polis əməkdaşı xəsarət alıb.

Xatırladaq ki, mayın 25-də sosial şəbəkələrdə Corc Floydun saxta əsginaslarla ödəniş etdiyi şübhəsi ilə saxlanılma anının videosu yayılıb. Ağdərili polis afroamerikalının qoluna qandal vuraraq onu yerə yıxıb və ardından dizini boynuna qoyub. Videoda onun nəfəs ala bilmədiyini dediyi, ancaq polisin buna əhəmiyyət vermədiyi də görünür.

Bu hadisədən qısa müddət sonra Corc Floyd təcili yardım maşını ilə xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Afroamerikalının ölümünə səbəb olan polis əməkdaşı Derek Çauvinin əvvəllər 18 dəfə məhkəməyə verildiyi və haqqında çoxsaylı şikayətlərin olduğu ortaya çıxıb.
 


Story Code: 865936

News Link :
https://www.islamtimes.org/az/news/865936/abş-da-aksiyalar-böhrana-çevrilir

Islam Times
  https://www.islamtimes.org