0
Tuesday 2 June 2020 - 09:32

Vaşinqtonda etirazçılarla polis arasında yenidən qarşıdurmalar başlayıb

Story Code : 866131
Vaşinqtonda etirazçılarla polis arasında yenidən qarşıdurmalar başlayıb
APA xəbər verir ki, bu barədə ABŞ-ın televiziya kanallarının birbaşa yayımladığı videogörüntülərdən məlum olub.

Qarşıdurma iki gün əvvəlki ssenari əsasında inkişaf edir – polis Ağ Evin yaxınlığında mühafizə çəpəri yaradıb, onun ətrafında isə izdiham toplaşıb. Etirazçılar polisə şüarlar səsləndirirlər, ən fəal üzvlər isə şüşə su qabları atırlar. Buna cavab olaraq, polislər gözyaşardıcı qazdan, işıqsaçan qumbaralardan istifadə edərək etirazçıları iqamətgahdan uzaqlaşdırırlar.

Qeyd edək ki, bundan bir qədər əvvəl Vaşinqton meri Müriel Bouzer paytaxt ərazisində bazar günü tətbiq olunan komendant saatının daha iki gün müddətinə artırıldığını bildirib.