QR CodeQR Code

“Etirazçıları həbs edin, 10 il azadlıqdan məhrum edin” – Trampdan şok

2 Jun 2020 10:50

İslamTimes: ABŞ-da qaradərili Corc Floydun polis tərəfindən öldürülməsi ilə kütləvi etiraz aksiyalarının şiddətlənməsindən sonra paytaxt Vaşinqtonda qarşıdakı iki gündə gecə saat 21:00-dan 06:00-a qədər küçəyə çıxmaq qadağan edilib.


Teleqraf.com xəbər verir ki, Vaşinqtonun bələdiyyə başçısı Mürel Bovzer etirazçıların şəhərdə yanğın törətdiyini bildirib.

O, bu səbəbdən şəhərdə iki gün küçəyə çıxmaq qadağası tətbiq edildiyini deyib.

Ölkə miqyasında genişlənən kütləvi nümayişlərə münasibət bildirən ABŞ Prezidenti Donald Tramp isə qubernatorları tənqid edərək, onların zəif hərəkət etdiklərini deyib:

“Olaylarda dominant tərəf siz olmalısınız, amma olmursunuz, vaxtınızı boşuna keçirirsiniz”.

Prezident qubernatorları daha sərt addım atmağa çağırıb:

“Siz indi onları dayandırmasanız, vəziyyət pisə doğru yönələ bilər. Etirazçıları həbs etməlisiniz, davranışlarını izləməlisiniz, 10 il həbsə atmalısınız. Belə etsəniz, bu, bir daha təkrarlanmayacaq”.


Story Code: 866136

News Link :
https://www.islamtimes.org/az/news/866136/etirazçıları-həbs-edin-10-il-azadlıqdan-məhrum-trampdan-şok

Islam Times
  https://www.islamtimes.org