QR CodeQR Code

Rusiya XİN rəsmisi Syuzan Raysın ittihamlarına cavab verdi

IslamTimes , 2 Jun 2020 16:04

İslamTimes: "ABŞ 2016-cı il prezident seçkilərində də böyük səhvə yol verərək, yalan məlumatlara əsaslanıb Rusiyanı ittiham etişdi"


Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ-ın eks-prezidenti Barak Obamanın milli təhlükəsizlik üzrə müşaviri Syuzan Rays CNN kanalına müsahibəsi zamanı ortada heç bir sübut olmadan Amerikadakı iğtişaşlara görə Rusiyanı günahlandırmasına cavab verib. Syuzan Rays ABŞ-dakı aksiyaların Rusiyanın oyununun bir parçası olduğunu düşündüyünü bildirərək aksiyada iştirak edənlərə Rusiyanın sponsorluq edə biləcəyini dilə gətirib. O Corc Floydun polis tərəfindən boğularaq öldürülməsinə etiraz edənlərin Rusiya tərəfindən sosial şəbəkələr vasitəsi ilə qızışdırıla biləcəyi iddiasını irəli sürüb.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə xanım Raysın açıqlamalarını "məlumatların çirkin formada təhrif edilməsi" kimi dəyərləndirib.

Zaxarova əlavə edib: "Syuzan Rays və siyasətçi yoldaşları dar duruma düşdükdə Rusiya kartından istifadə etməyə adət ediblər. Onlar ötən seçkilərdə Hillari Klintonun məğlub olduğu zaman da böyük səhvə yol verərək, yalan məlumatlara əsaslanıb, Rusiyanın seçkilərə müdaxilə etdiyini bildirdilər. Mən onları yanlış məlumatlara deyil, reallığa üz tutmağa çağırıram."


Story Code: 866191

News Link :
https://www.islamtimes.org/az/news/866191/rusiya-xin-rəsmisi-syuzan-raysın-ittihamlarına-cavab-verdi

Islam Times
  https://www.islamtimes.org