QR CodeQR Code

İran koronavirusla mübarizə üçün Əfqanıstana 11 ton tibbi avadanlıq göndərib

IslamTimes , 3 Jun 2020 00:11

İslamTimes: Əfqanıstan rəsmiləri İran İslam Respublikasının koronavirusla mübarizə üçün Əfqanıstana 11 ton tibbi avadanlıq bağışladığını bildirib.


FarsNews informasiya agentliyinin verdiyi məlumata görə, Əfqanıstan Səhiyyə Nazirliyi İranın Əfqanıstana koronavirusla mübarizə üçün 11 ton tibbi avadanlıq verdiyini açıqlayıb.

İranın Kabildəki səfiri Bahadır Əminian bildirib ki, İranın Əfqanıstana yardımının əsas hədəflərindən biri koronavirusla mübarizə meydanında ön cəbhədə yer alan tibb işçilərinin həyatını qorumaqdır.

Bahadır Əminian bunun İranın Əfqanıstana ilk və son yardımı olmadığını və bundan sonra da Tehranın Kabilə yardımlarını davam etdirməkdə qərarlı olduğunu vurğulayıb.

Virusu təyin etmək üçün testlər, süni tənəffüs aparatları, tibbi maskalar və dezinfeksiyaedici maddələrdən ibarət yardımlar Əfqanıstan Səhiyyə Nazirliyinə təhvil verilib.

Əfqanıstan səhiyyə nazirinin müavinlərindən olan Bəşir Nurməl İranın bu yardımını yüksək qiymətləndirərək deyib: “İran özü hazırda koronavirus böhranı ilə mübarizə apardığı vəziyyətdə bizə 11 ton tibbi avadanlıq yollayıb. Bu həqiqətən də təqdirəlayiq addımdır..."

Əfqanıstan Səhiyyə Nazirliyinin rəsmi rəqəmlərinə görə, bu günə qədər bu ölkədə 15205 nəfər koronavirusa yoluxub.


Story Code: 866283

News Link :
https://www.islamtimes.org/az/news/866283/iran-koronavirusla-mübarizə-üçün-əfqanıstana-11-ton-tibbi-avadanlıq-göndərib

Islam Times
  https://www.islamtimes.org