0
Wednesday 3 June 2020 - 00:40

Vaşinqtonda keçirilən aksiyalarda 300-dən çox etirazçı həbs edilib

Story Code : 866285
Vaşinqtonda keçirilən aksiyalarda 300-dən çox etirazçı həbs edilib
APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bunu paytaxtın Polis İdarəsinin rəisi Peter Nyuşem deyib.

O, həbslərə səbəb kimi iğtişaşçıların komendant saatı qaydalarını pozmasını və qarətləri göstərib. 

Polis rəisi əlavə edib ki, etiraz aksiyalarının yatırılması zamanı iki polis əməkdaşı yaralanıb.

Qeyd edək ki, ABŞ-ın bir çox ştatlarında 4 gündür etiraz aksiyaları davam edir. Hadisə ilə bağlı artıq 4 polis işdən çıxarılıb, onlardan biri saxlanılıb.