QR CodeQR Code

Fransada xalq ayağa qalxdı: daha bir qaradərili ölümü

3 Jun 2020 09:37

İslamTimes: Fransada 2016-cı ildə polis avtomobilində ölən qaradərili gənc Adama Traore ilə bağlı etiraz aksiyası keçirilib.


Axar.az xəbər verir ki, “Adama Traore haqqında həqiqət” çağırışı ilə Ədalət Sarayı binasının önündə toplaşanlar polis zorakılığına etiraz edib.

Məlumata görə, etirazçılarla polis arasında qarşıdurma yaşanıb. Polisin gözyaşardıcı qazla müdaxilə etdiyi deyilir.

Aksiyaya 19 min insan qatılıb. Onların arasında “sarı jiletlilər” də olub.

Qeyd edək ki, ekspertiza gəncin ölümündə polisin günahı olmadığını bildirsə də, Traorenin ailəsinin istəyi ilə yenidən aparılan ekspertiza onun boğularaq öldüyünü təsdiqləyib. Fransada nümayişlər məhz ekspertizanın nəticəsinin ictimaiyyətə açıqlandığı vaxt başlayıb.


Story Code: 866344

News Link :
https://www.islamtimes.org/az/news/866344/fransada-xalq-ayağa-qalxdı-daha-bir-qaradərili-ölümü

Islam Times
  https://www.islamtimes.org