0
Wednesday 3 June 2020 - 07:17

Ruhani: “ABŞ 83 milyon iranlının sağlamlığını girov götürüb”

Story Code : 866357
Ruhani: “ABŞ 83 milyon iranlının sağlamlığını girov götürüb”
“Anadolu” agentliyi xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani deyib.

O, Avropa İttifaqı (Aİ) ölkələrindən ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaları qınamalarını istəyib.

Ruhani bildirib ki, ABŞ vətəndaşları bu yolun özlərinə də faydalı olmayacağını başa düşməlidirlər: “Nüvə razılaşmasının çökməsi hamının zərərinədir”.