0
Wednesday 3 June 2020 - 10:20

İğtişaş artacaq: Trampın böyük səhvi... - Video

Story Code : 866359
İğtişaş artacaq: Trampın böyük səhvi... - Video
Axar.az xəbər verir ki, bu açıqlama ilə misirli politoloq Qihad Auda çıxış edib.

O bildirib ki, Trampın üsyanları yatırmaq üçün Milli Qvardiyadan istifadə etməsi və xalqa müraciətində Bibliya nümayiş etdirməsi böyük yanlışlıqdır:

“Amerika xalqı bir o qədər də dindar deyil və bu addım həm konstitusion baxımdan, həm də ultrasağçı qruplarla qarşılıqlı əlaqədə böyük problemlər yarada bilər”.

Auda əlavə edib ki, Trampın bu cür reaksiyası onun qəbul edilən qərarlarla bağlı inamsızlığından xəbər verir.

Qeyd edək ki, Tramp Müqəddəs İoanna kilsəsinin yaxınlığında çıxışı zamanı sağ əlindəki Bibliyanı göyə qaldırıb və Amerikanın daha qüdrətli olacağını bildirib.