QR CodeQR Code

Moskvadan Ankaraya inanılmaz təklif: Birgə hazırlayaq! 

3 Jun 2020 11:01

İslamTimes: Türkiyənin milli qırıcı təyyarə (TF-X) hazırlamasına yardımçı ola bilərik.


Axar.az xəbər verir ki, bu sözləri Rusiya Hərbi Texniki Əməkdaşlıq Federal Xidmətinin direktoru Dmitri Şuqayev deyib.

“Rusiyanın aviasiya texnikası ilə bağlı təcrübəsi nəzərə alındıqda, burada texnolji dəstək verəcəyimiz sahələr diqqət çəkir. Təyyarə mühərrikləri, idarəetmə, ekipaj heyəti, pilotların təhlükəsizliyi sistemi ilə bağlı təkliflər irəli sürə bilərik. Bu məsələlər müzakirə edildi”, - deyə Şuqayev bildirib.

O əlavə edib ki, Türkiyə TF-X qırıcılarını istehsal edib, dünyaya təqdim edəcəyi halda Su-57-yə rəqib olacaq.


Story Code: 866361

News Link :
https://www.islamtimes.org/az/news/866361/moskvadan-ankaraya-inanılmaz-təklif-birgə-hazırlayaq

Islam Times
  https://www.islamtimes.org