QR CodeQR Code

Amerikadakı etirazlarda ölü və yaralı sayı artır

IslamTimes , 3 Jun 2020 15:03

İslamTimes: ABŞ televiziya kanalı etirazlarda ən az 11 nəfərin öldüyünü, yüzlərlə vətəndaşın yaralandığını bildirib


Los Ancelsdə yerləşən KTLA televiziya şəbəkəsi ABŞ-da qaradərili Corc Floydun polis tərəfindən vəhşicəsinə qətlə yetirilməsinə etiraz olaraq keçirilən aksiyalar zamanı ən az 11 nəfərin həlak olduğunu bildirib.

Rusiyanın Tass xəbər agentliyinin verdiyi məlumata görə, etirazlar zamanı həlak olanların əksəriyyəti qaradərililərdir. Onlar Çikaqo, Detroit, Omaha, Ayova, Oklend və Luisvill şəhərlərindən olan vətəndaşlardır.

KTLA televiziya şəbəkəsi həmçinin yüzlərlə amerikalının ağır yaralandığını xəbər versə də onların dəqiq sayı haqda hələ ki, məlumat olmadığını bildirib.

"Associated Press" əyalətlərdəki polis bölmələrinin məlumatlarına əsasən araşdırma aparıb və ümumilikdə etirazlar zamanı bu günə qədər ən azı 9,300 nəfərin həbs edildiyini bildirib.

Böhranlı şəraitlərdə daim yanlış seçimləri ilə gündəmə gələn Donald Tramp isə etirazçıları sakitləşdirmək əvəzinə  onlara qarşı sərt davranılmasını istəyərək deyib: "Etirazçıları dayandırmalısınız, vəziyyət pisə doğru yönəlir. Etirazçıları həbs etməlisiniz, davranışlarını izləməlisiniz, 10 il həbsə atmalısınız. "


Story Code: 866391

News Link :
https://www.islamtimes.org/az/news/866391/amerikadakı-etirazlarda-ölü-və-yaralı-sayı-artır

Islam Times
  https://www.islamtimes.org