0
Wednesday 3 June 2020 - 17:46

Fransa KİV-i Ayətullah Xameneinin ABŞ-dakı aksiyalarla bağlı çıxışından yazdı

Story Code : 866408
Fransa KİV-i Ayətullah Xameneinin ABŞ-dakı aksiyalarla bağlı çıxışından yazdı
Fransanın AFP informasiya agentliyi İran İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xameneinin İmam Xomeyninin vəfatının ildönümü ilə əlaqədar bu günki çıxışına işarə edərək yazıb: "İranın Ali Rəhbəri silahsız qaradərili Corc Floydun Minneapolis şəhərində polis işçisi tərəfindən öldürüldüyünə işarə edərək bu hadisənin ABŞ hakimiyyətinin əsl simasını və dünya xalqlarına, o cümlədən ABŞ xalqına qarşı zülmünü nümayiş etdirdiyini bildirib."

AFP informasiya agentliyi Minneapolisdə Corc Floydun polis məmuru tərəfindən öldürülməsindən sonra ABŞ-da bir həftə ərzində etirazların daha da şiddətləndiyini və Donald Trampın orduya etirazları nə yolla olursa-olsun yatırmaq göstərişi verdiyini yazıb.

İnformasiya agentliyinin məlumatına görə Ayətullah Xamenei bu hadisələr haqda deyib: "Bu ABŞ-ın əsl simasıdır. Uyğun hadisə ABŞ-ın həmişə dünyada, o cümlədən Əfqanıstanda, İraqda, Suriyada və daha öncə də Vyetnamda törətdiyi cinayətlər qismindəndir. Bu ABŞ-ın həmişəki rəftarı və bu rejiminin əsl simasıdır!"

AFP Amerikada hər nəslin ən az bir dəfə bu sayaq etiraz aksiyaları keçirdiyini xatırladaraq bu aksiyaların ölkədə yayılmış koronavirus pandemiyası ilə bir zamana təsadüf etdiyini yazıb.

Yoluxucu xəstəliklər üzrə diaqnoz mərkəzləri etiraz aksiyalarında iştirak edən minlərlə insana görə nigaran olduqlarını dilə gətiriblər. Onlar bildirib ki, polis gözyaşardıcı qazdan istifadə etdikdə etirazçılar qaz səbəbindən öskürür, bu isə daha geniş yoluxmaya səbəb ola bilər.
Source : IslamTimes