0
Thursday 4 June 2020 - 01:34

Corc Floydun ölümünə görə Londonda etiraz aksiyaları davam edir

Story Code : 866497
Corc Floydun ölümünə görə Londonda etiraz aksiyaları davam edir
APA-nın Böyük Britaniya bürosunun verdiyi xəbərə görə, minlərlə insan “Hyde Park”da toplaşaraq öz etirazlarını bildiriblər.

Aksiya iştirakçıları “Corc Floyd üçün ədalət!”, “İrqçiliyə yer yoxdur!” və “Mən nəfəs ala bilmirəm!” kimi şüarların yazıldığı plakatlar qaldırıblar.

Qeyd edək ki, aksiyalar 6 iyunda Parlament Meydanında, 7 iyunda isə ABŞ-ın Britaniyadakı səfirliyinin qarşısında davam edəcək.

Xatırladaq ki, Minneapolisdə afroamerikalının polis zorakılığı nəticəsində ölməsindən sonra ABŞ-ın müxtəlif ştatlarında kütləvi iğtişaşlar olub.