QR CodeQR Code

Əl-Nucəba hərəkatı İsrail rejiminə Fələstindən xəbərdarlıq göndərdi

Deyerler , 6 Jun 2020 14:02

İslamtimes - Fələstindəki Əl-Nucəba hərəkatının üzvləri İsrail rejiminin mövqelərinə şarlar göndərməklə istənilən səhv hesablama barədə sionist rejimə xəbərdarlıq ediblər.



Deyerler.org Alnujaba-ya istinadən xəbər verir ki, İrandakı Nəcaba Rabitə və Media İşləri Mərkəzindən verilən məlumata görə, Əl-Nucəba İslami müqavimət hərəkatı sionistlərin Fələstin ərazilərinin digər hissələrini işğal altındakı ərazilərə ilhaq etmək qərarını elan etdikdən sonra işğal altındakı Fələstin ərazilərindəki rejimə yeni bir mesaj göndərib.
 
Hərəkatın nümayəndəliyinin üzvləri Qəzza şəhərinin meşəlik ərazisindən İsrail rejiminin mövqelərinə kiçik şarlarla müqavimətin yüksək rütbəli komandirləri, şəhid general Qasım Süleymani, şəhid İmad Muğniyə, şəhid Əbu Mehdi Əl-Mühəndis, Bahai Əbu Əl-Ata və Əhməd Əl-Cabrinin şəkillərini göndəriblər.
 
 
Bu psixoloji əməliyyatla bağlı yayılan videoda, agentləri aşkar etmək və havada olan obyekti təyin etmək üçün dronların səslərinin bölgəyə yaxınlaşdığı eşidilir.
 
Hərəkatın Beynəlxalq İşlər Bürosundan verilən məlumata görə, Əl-Nucəba Müqəddəs Qüds azad olunana qədər müqavimət şəhidlərinin yolunu davam etdirməyin zəruriliyini vurğulayıb və sionist rejim tərəfindən hər hansı bir səhv hesablama aparıldığı təqdirdə, Müqavimət cəbhəsinin bu rejimin qarşısında dayanacağı barədə xəbərdar edib.
 


Story Code: 866927

News Link :
https://www.islamtimes.org/az/news/866927/əl-nucəba-hərəkatı-israil-rejiminə-fələstindən-xəbərdarlıq-göndərdi

Islam Times
  https://www.islamtimes.org