0
Saturday 6 June 2020 - 15:06

BMT baş katibi ABŞ polisinin etirazçılarla rəftarını tənqid etdi

Story Code : 866944
BMT baş katibi ABŞ polisinin etirazçılarla rəftarını tənqid etdi
Deyerler.org xəbər verir ki, Antonio Quterres bir neçə gün ərzində ikinci dəfə Tvitter üzərindən ABŞ polisi və təhlükəsizlik qüvvələrini qınayıb: “İrqçiliyə qarşı müharibə BMT-nin fəaliyyətinin mərkəzi hissəsidir. Ancaq hər yerdə irqçilik varsa, demək o Birləşmiş Millətlər Təşkilatının daxilindədir. Dünən heyət (BMT) irqçilik qurbanları ilə həmrəyliyini göstərmək və narahatlıqlarını bölüşmək üçün toplandı”.

Quterres növbəti tvitində isə bunları qeyd edib: “Fikir və düşüncə, dürüstlük və hərəkətlə irəliləməliyik”.

Son on gündə ABŞ-ın müxtəlif ştatlarında afroamerikalı Corc Floydun vəhşicəsinə öldürülməsinə qarşı şiddətli etirazlar keçirilir. Polisin çevik qüvvə dəstələri yüzlərlə etirazçılara güc tətbiq edir və mitinqlərdə ən azı 11 nəfər həlak olub, yüzlərlə insan yaralanıb və 10 mindən çox insan həbs edilib.