0
Saturday 6 June 2020 - 17:06

İranda koronavirusa yoluxanların 78 faizə yaxını sağalıb

Story Code : 866959
İranda koronavirusa yoluxanların 78 faizə yaxını sağalıb
İslamazerı.com İran mediasına istinadən xəbər verir ki, İranın səhiyyə nazirliyinin ictimai əlaqələr və informasiya mərkəzinin müdiri Kiyanuş Cəhanpur ölkədə koronavirusa yoluxanların son sayı ilə bağlı ötən sutka ərzində 2269 yeni yoluxmuş xəstənin aşkar edildiyini, 75 nəfərin öldüyünü bildirib.

Məlumata görə, indiyədək qəti diaqnoz meyarlarına əsasən, İranda 169425 nəfər COVID-19-a yoluxub, 8209 nəfər həyatını itirib,  xəstələrdən 132380 sağalıb.

Qeyd edək ki, faiz hesablamalarına görə, İranda ümumi koronavirusa yoluxanlardan 77.93 faiz sağalıb, ümumi yoluxanların  4.85 faizi isə dünyasını dəyişib. Gündəlik yoluxma faizi 1.34 faiz, vəfat sayı isə 0.04 faizdir.