0
Saturday 6 June 2020 - 23:31

Beyrutda böyük bir iğtişaşa hazırlaşan 4 dəstə üzvləri ələ keçirildi

Story Code : 867031
Beyrutda böyük bir iğtişaşa hazırlaşan 4 dəstə üzvləri ələ keçirildi
Aksiyada şübhələrə səbəb olan məqam yalnız bir neçə partiyanın bu aksiyalarda iştiraka çağırış etməsi olub.

Livanın Əl-Nəşrə xəbər saytı bildirir ki, bu gün bir sıra aksiya iştirakçısı Beyrutun mərkəzində Livan ordusu üzvlərinə daş, partlayıcı maddələr və su şüşələri atıb.

Livan ordusu isə bəzi etirazçıların Əl-Rinəğ körpüsünə doğru irəliləməsinin qarşısını alıb.

Livan təhlükəsizlik qüvvələri və ordu Beyruta girişlərdə ciddi təhlükəsizlik tədbirləri tətbiq edib və postlarda nəqliyyat vasitələrinə baxış keçirilir.

17 oktyabr aksiyalarında iştirak edən əksər qruplar bugünki etirazlarda iştirak etmədiklərini bildirib.

Əl-Şuhəda meydanında etirazçıların bir-birləri ilə qarşıdurma yaşaması da bu aksiyanın diqqət çəkən məqamlarından olub. Bu meydanda olan bəzi aksiyaçılar Hizbullah Müqavimət Hərəkatı əleyhinə şüarlar səsləndirib.

Livan Təhlükəsizlik Qüvvələrinin Baş Komandanlığı verdiyi açıqlamada bildirib ki, aksiyaçılar ictimai asayişi pozub, şəxsi və ümumi mülkiyyətə zərər vurulub.

Əl-Məyadin, Livan təhlükəsizlik qüvvələrinin dünəndən bəri Beyrutda genişmiqyaslı iğtişaşlara hazırlaşan dörd dəstəni zərərsizləşdirdiyini yazıb.

Əl-Məyadinin məlumatına görə, Beyrutun mərkəzindəki üsyançılar və təhlükəsizlik qüvvələri arasında bugünkü qarşıdurmada 26 nəfər yaralanıb.

Güman olunur ki, uyğun aksiyalar Livan xaricindən maliyyələşən qruplar tərəfindən keçirilib və məqsəd Hizbullah Müqavimət Hərəkatının tərkisilah edilməsidir.
Source : IslamTimes