QR CodeQR Code

ABŞ paytaxtı irqçiliyi qarşı ən böyük aksiya astanasında!

IslamTimes , 6 Jun 2020 23:59

İslamTimes: Sosial şəbəkələrdə ABŞ paytaxtında irqçiliyə qarşı milyonluq aksiya keçirilməsinə çağırışlara start verilib


Polis tərəfindən boğularaq vəhşicəsinə qətlə yetirilən qaradərili amerikalı Corc Floyda qarşı amansızlığa etiraz olaraq keçirilən aksiyalar 12-ci gününə qədəm qoyduğu bir zaman paytaxt Vaşinqtonun hər nöqtəsində polis qüvvələri yerləşdirilib.

Reuters-in məlumatına görə, bəzi məşhurlar sosial şəbəkə vasitəsi ilə milyonlarla insanın ABŞ paytaxtındakı aksiyalara qatılmasını istəyib. Vaşinqton Polis İdarəsinin rəisi Piter Nyuzhem yerli mətbuata bildirib ki, şənbə gününün ilk saatlarından etibarən şəhərin bir çox hissəsi sakinlərin üzünə qapadılıb.

Reuters bildirib ki, bugünkü nümayişdə on minlərlə insan iştirak edib.

Şimali Karolinanın qubernatoru isə Corc Floydun qətlə yetirilməsi səbəbindən dövlət idarələrində Amerika bayraqlarının yarıya qədər endirilməsi barədə göstəriş verib.

Cümə günü ABŞ-da irqi ayrıseçkiliyə etiraz olaraq Atalanta, Los Anceles, Minneapolis, Mayami, New York, Denver və digər şəhərlərdə geniş etiraz aksiyaları keçirilib.


Story Code: 867032

News Link :
https://www.islamtimes.org/az/news/867032/abş-paytaxtı-irqçiliyi-qarşı-ən-böyük-aksiya-astanasında

Islam Times
  https://www.islamtimes.org