0
Sunday 7 June 2020 - 00:56

Hadi Əl-Amiri İraq parlamentindən istefa verdi

Story Code : 867034
Hadi Əl-Amiri İraq parlamentindən istefa verdi
Deyerler.org-un Al-Sumaria News-a istinadən verdiyi xəbərə görə, İraq parlamentinin sədri Muhəmməd Halbusi Hadi Əl-Amirinin istefasını təsdiqləyib. Parlamentin bugünkü iclasında Əbdülkərim Yunis Aylan Hadi Al-Amirinin adından Mustafa Əl-Kazımi hökumətinin qalan nazirlərinə etimad səsverməsində iştirak edib.

Russia Today saytı iddia edir ki, Hadi Əl-Amiri Əl-Həşduş Şəbinin rəhbəri Falih Əl-Fəyyazın yerinə gətiriləcək.

Fəth koalisiyası Muqtəda Əs-Sədrin Sairun koalisiyasından sonra 47 yer qazanaraq 2018-ci il parlament seçkilərində ən çox səs toplayıb.