QR CodeQR Code

Hadi Əl-Amiri İraq parlamentindən istefa verdi

7 Jun 2020 00:56

İraqın Əl-Fəth koalisiyasının rəhbəri və Əl-Həşduş Şəbinin (Xalq Səfərbərlik Qüvvələri) liderlərindən biri olan Hadi Əl-Amiri parlamentdən istefa verib.


Deyerler.org-un Al-Sumaria News-a istinadən verdiyi xəbərə görə, İraq parlamentinin sədri Muhəmməd Halbusi Hadi Əl-Amirinin istefasını təsdiqləyib. Parlamentin bugünkü iclasında Əbdülkərim Yunis Aylan Hadi Al-Amirinin adından Mustafa Əl-Kazımi hökumətinin qalan nazirlərinə etimad səsverməsində iştirak edib.

Russia Today saytı iddia edir ki, Hadi Əl-Amiri Əl-Həşduş Şəbinin rəhbəri Falih Əl-Fəyyazın yerinə gətiriləcək.

Fəth koalisiyası Muqtəda Əs-Sədrin Sairun koalisiyasından sonra 47 yer qazanaraq 2018-ci il parlament seçkilərində ən çox səs toplayıb.


Story Code: 867034

News Link :
https://www.islamtimes.org/az/news/867034/hadi-əl-amiri-iraq-parlamentindən-istefa-verdi

Islam Times
  https://www.islamtimes.org