QR CodeQR Code

Britaniyanın 40 tanınmış yəhudi nümayəndəsi Qərb Sahilinin işğalını qınadı

7 Jun 2020 01:17

İslamTimes: Böyük Britaniyanın 40 tanınmış yəhudi nümayəndəsi İsrail rejiminin Londondakı səfirinə göndərdiyi məktubda, İordan çayının qərb sahilinin işğalının nəticələri və xərcləri barədə xəbərdarlıq ediblər.


Deyerler.org xəbər verir ki, “Qardian” qəzetinin verdiyi məlumata görə, britaniyalı yəhudilər məktublarında Qərb Sahilinin işğalının sionist rejimin mövcudluğunu təhlükə altına alacağını yazıb.

Məktubda belə deyilib: “Böyük Britaniyadakı yəhudi icmasının böyük bir hissəsinin və vəzifədə olanların, özləri də susmağa qərar verdikləri halda narahatlıqlarını bölüşürük.

Hələ bizi inandıran bir şey eşitmədik. Bunun əvəzinə, İsrail rejiminin iqtisadi, diplomatik və siyasi çətinliklərini əhəmiyyətli qazanc əldə etmədən ağırlaşdıracaq bahalı bir qələbə kimi görürük.

Bu açıq şəkildə Fələstin xalqı üçün ciddi nəticələrə səbəb olacaq, İsrail rejiminin beynəlxalq mövqeyini zəiflədəcək və bir yəhudi və demokratik bir ölkənin fikirlərinə zidd olacaq”.

Qərb Sahilinin işğalının fələstinlilərlə danışıqların rədd edilməsi kimi şərh ediləcəyini qeyd edən britaniyalı yəhudilər, Böyük Britaniya hökumətinin bu hərəkətə qarşı çıxacağını və sionist rejimlə münasibətlərinə mənfi təsir göstərəcəyini söyləyiblər.

 


Story Code: 867035

News Link :
https://www.islamtimes.org/az/news/867035/britaniyanın-40-tanınmış-yəhudi-nümayəndəsi-qərb-sahilinin-işğalını-qınadı

Islam Times
  https://www.islamtimes.org