0
Sunday 7 June 2020 - 02:01

İraqda koronavirusa yoluxmanın artmasına görə Ayətullah Sistani xalqa müraciət etdi

Story Code : 867037
İraqda koronavirusa yoluxmanın artmasına görə Ayətullah Sistani xalqa müraciət etdi
Deyerler.org xəbər verir ki, Ayətullah Sistaninin mesajının mətni belədir:

“Ey hörmətli iraqlılar!

Allahın salamı, rəhməti və bərəkəti sizin üzərinizə olsun.

Başda əziz paytaxt Bağdad olmaqla bir çox bölgədə koronavirus infeksiyasına yoluxma sayında görünməmiş bir şəkildə artdığı bu çətin günlərdə sizlərə səslənir və daha çox ehtiyatlı olmağa çağırırıq. Eyni zamanda xüsusi olaraq vurğulamaq istərdik ki, başqaları ilə təmasdan çəkinmək, onlarla olan məsafəni qorumaq, maska taxmaq, əllərinizi təmizləyici materiallar və ya dezinfeksiyaedici maddələrlə yumaq və təhlükəsizlik tədbirlərinə riayət etməklə əlaqədar qurumların verdiyi tövsiyələrə əməl etməyiniz vacibdir.

Bu tədbirlərə ciddi riayət etmək - mütəxəssislərin dediyi kimi, pandemiyanın yayılmasının məhdudlaşdırılmasına və pandemiyaya yoluxmanın sayının azaldılmasına fəal töhfə verəcək. Buna görə də onlara riayət etmək çox vacib bir məsələdir, zəruri hala gəldi və bu mövzuya əhəmiyyətsiz yanaşmaq və ya tolerant olmaq düzgün deyil. Xüsusilə, ölkədə artan koronavirusa yoluxma halları ilə tibbi baxımdan imkanlarının az olduğu üçün bu daha da vacibləşir. Çünki bir çox xəstəxana və s. qurum xəstələrlə doludur.

Bu pandemiyanın əvvəlkindən daha da yayılmasının qarşısını almaq bütün vətəndaşların və rəsmilərin borcudur. Tamamilə hər kəs bu böyük məsuliyyətin tələb etdiyi səviyyədə olmalı və bu çətin mərhələni ən az zərər və yüklə dəf etmək üçün bir-birinizlə həmrəy olmalıyıq.

Hər kəs koronavirusa yoluxmuş insanları müalicə etmək və onlara qulluq etmək vəzifəsini yerinə yetirərkən böyük bir yük daşıyan həkimləri, tibb bacılarını və xəstə baxıcılarını xatırlamalıdır. Onlar və ailələri yalnız bir neçə insanın bildiyi bəlalarla üzləşirlər və hətta bu məqsədlə həyatlarını təhlükəyə atırlar. Son zamanlarda koronavirus infeksiyasına yoluxma sayında sürətlə artım müşahidə olunur. Beləliklə, hamı yüklərini yüngülləşdirmək üçün bu virusa yoluxmamaq üçün tədbir və qaydalara əməl etməlidir ki, yoluxmalar dəfələrlə artmasın, yüklərinə əlavə yük gəlməsin və işləri çətinləşməsin.

Onları hörmətlə salamlayırıq və dəstəyimizi təklif edirik. Xalqına dini, milli və humanitar vəzifələrini daim yerinə yetirmək üçün etdikləri səylərə və böyük fədakarlığa görə minnətdarlığımızı bildiririk. Aliyyu Qadir (Uca və Qüdrətli) olan Allahdan onları hifz etməsini, onları qorumasını və onlara verdikləri bu böyük vergi müqabilində əcr, savab, sağlamlıq və nemətlərini verməsini diləyirik. Eynilə, Uca Yaradandan koronavirusa yoluxanlara təcili şəfalar ehsan etməsini və bəlaları da, pandemiyanı da hər kəsdən dəf etməsini də niyaz edirik. Şübhəsiz, O, Səmi-i Mucibdir (çox eşidən və dualara cavab verən)!”.