QR CodeQR Code

Nyu-York Prokuroru etirazçıları mühakimə etməkdən imtina edib

7 Jun 2020 06:17

İslamTimes: Nyu-Yorkda Queens rayonunun Baş prokuroru Melinda Katz etiraz aksiyaları zamanı komendant saatını pozduqlarına və ya sosial məsafəyə əməl etmədiklərinə görə tutulan şəxsləri mühakimə etməyəcəyini bildirib.


APA TASS-a istinadən xəbər verir ki, Katz bu barədə Twitter səhifəsində yazıb.

Hüquqşünasın sözlərinə görə, o, bu məsələ ilə bağlı Manhettan prokuroru Sayrus Vansanın fikrilə həmrəy olduğunu vurğulayıb. 

O qeyd edib ki, Sayrusla birlikdə mövqe nümayiş etdirməkdən qürur duyur. Sosial ədalət prinsiplərinə sadiq olduğunu yazan prokuror qaradərili insanlara qarşı polis zorakılığını qınayıb.

Qeyd edək ki, ötən gecə Nyu-Yorkda nümayişlər zamanı 40 nəfər tutulub. İyunun 5-nə keçən gecə isə saxlanılanların sayı 270 nəfər olub. Vaşinqton və Nyu-York da daxil olmaqla ABŞ-ın təxminən, 40 şəhərində komendant saatları tətbiq edilmişdi. 

Los-Ancelesdə və Kaliforniyanın bir çox yerində bu rejim artıq ləğv olunub. 

 


Story Code: 867042

News Link :
https://www.islamtimes.org/az/news/867042/nyu-york-prokuroru-etirazçıları-mühakimə-etməkdən-imtina-edib

Islam Times
  https://www.islamtimes.org