QR CodeQR Code

Sisinin Liviyada atəşkəs təklifinə Kremldən dəstək

7 Jun 2020 11:33

İslamTimes: Rəsmi Moskva Misirin Liviyada atəşkəsin əldə edilməsi ilə bağlı təşəbbüsünü dəstəkləyir.


Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov deyib.

O qeyd edib ki, bu təşəbbüsü gözləyirdik və hazırlandığını bilirdik:

“Misir Prezidentinin təkliflərinin məzmununu araşdırdıq. Əlbəttə ki, Liviyadakı münaqişələrin ən qısa müddətdə bitməsi üçün bütün təklifləri dəstəkləyirik. Əbdülfəttah Sisinin təşəbbüsünün ciddi bir siyasi prosesin başlaması üçün möhkəm bir təməl olduğu qənaətindəyik. Onsuz da Prezidentin təklifində vəziyyət olduqca aydın şəkildə ifadə edilir”.

M.Boqdanov ümid edir ki, Liviyada münaqişə tərəfləri iyunun 8-də səhər 6-dan etibarən atəşi dayandıracaq.

Qeyd edək ki, Misir liderinin irəli sürdüyü “Qahirə bəyənnaməsi"nə Liviyada 3 bölgənin Prezident Şurasında bərabər təmsil olunması, dövlət qurumlarının birləşdirilməsi və konstitusiya bəyannaməsinin qəbul edilməsi kimi maddələr daxildir.

Eyni zamanda, bəyənnaməyə əsasən 8 iyun 06:00-dan etibarən ölkədə atəşkəs rejimi tətbiq olunmalıdır. Həmçinin, tərəflər beynəlxalq hüquqa hörmət etməli, xarici muzdlular və silahlı qruplaşmalar ölkədən çıxarılmalıdır.

Xatırladaq ki, bir neçə gün öncə Liviyada mövqeləri ciddi şəkildə zəifləyən Haftarı Misir Prezidenti gözlənilmədən qəbul etmişdi.

 


Story Code: 867088

News Link :
https://www.islamtimes.org/az/news/867088/sisinin-liviyada-atəşkəs-təklifinə-kremldən-dəstək

Islam Times
  https://www.islamtimes.org