0
Sunday 7 June 2020 - 12:43

Yaponiya ABŞ və İngiltərənin Çinə qarşı planına qatılmaqdan imtina etdi

Story Code : 867113
Yaponiya ABŞ və İngiltərənin Çinə qarşı planına qatılmaqdan imtina etdi
Yaponiya Çinlə münasibətləri yaxşılaşdırmağa çalışdığı üçün ABŞ və İngiltərənin Çini tənqid edən müştərək bəyanatını imzalamamaq qərarına gəlib.

Streets Times xəbər verir ki, Yaponiya Çin prezidenti Si Tsinpinin Yaponiyaya planlaşdırılan səfəri ərəfəsində Pekinlə münasibətlərin gərginləşməməsinə çalışır. Yaponiyanın Çinə qarşı birləşən dövlətlərə arxa çevirməsi ABŞ və Avropa ölkələrini məyus etsə belə rəsmi Tokia Çinlə münasibətləri daha önəmli hesab edib.

Qeyd edək ki, Çin parlamenti bu yaxınlarda Honq Konqla bağlı təhlükəsizlik qanununu təsdiqləyib. Pekin Milli Təhlükəsizlik Qanununun təsdiqlənməsində əsas hədəfin bu muxtar bölgə ilə mərkəzi Çin hakimiyyəti arasında bölünmələrin qarşısının alınması olduğunu bildirib.

1997-ci ilin iyulunadək İngiltərə müstəmləkəsi olan Honk Konq, daha sonra İngiltərədən ayrılıb və Çin hakimiyyətinin muxtar respublikası olub. Ancaq İngiltərə və ABŞ da daxil olmaqla Qərb ölkələri, bu bölgənin daxili işlərinə qarışmaqda davam edirlər.
Source : IslamTimes