0
Monday 8 June 2020 - 00:18

Nyu-Yorkda komendant saatı ləğv edilib

Story Code : 867196
Nyu-Yorkda komendant saatı ləğv edilib
Artıq etiraz aksiyaları dinc formaya keçdiyi üçün belə bir qərar alıblar.

Qeyd edək ki, Nyu-York-da davam edən iğtişaşlardan sonra hakimiyyət bazar gününə qədər komendant saatı tətbiq etmişdi.

Mer bununla bağlı Twitter səhifəsində belə yazıb:

"Nyu-York: Komendant saatını ləğv edirik. Dünən şəhərimizin sakinləri yaxşı nümunə göstəriblər. Ona görə də, sabah komendant saatı ləğv olunur”.

Bundan əvvəl də Nyu-York əyalətinin qubernatoru Endryu Cuomo bildirmişdi ki, hakimiyyət koronavirus pandemiyasına görə şəhərdə tətbiq olunan məhdudiyyətləri iyunun 8-dən qaldırmağa başlayacaq.

Artıq sabahdan etibarən şəhərdə topdan və pərakəndə ticarət işləri yenidən davam edəcək. Restoran və barlar da fəaliyyətini bərpa edir.