0
Monday 8 June 2020 - 10:38

Etirazçılar ABŞ hökumətinə qalib gəldi - BİR DÖVRÜN SONU

Story Code : 867277
Etirazçılar ABŞ hökumətinə qalib gəldi - BİR DÖVRÜN SONU
Publika.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.

Bildirilib ki, Minneapolis Şəhər Şurası polis zorakılığına qarşı reaksiyalar və davam edən aksiyalardan sonra polis departamentinin ləğvi haqqında qərar qəbul edib.

Şura sədri Lisa Bender “şəhərimiz Minneapolis Polis Departamenti ilə toksiki münasibətini sona çatdırmağı planlaşdırır” sözlərini deyib.

Şəhərdə ictimai təhlükəsizliyi təmin edən yeni sistem yaradılacaq.

Qeyd edək ki, ABŞ miqyasında 2 həftəyə yaxındır davam edən etiraz akisyalarında xalqın tələbi polis təşkilatının maliyyə qaynaqlarının kəsilməsi, azaldılması, hətta ləğvidir. Hökumət polisin maliyyə qaynaqlarının azaldılması üzərində düşünür.