QR CodeQR Code

Etirazçılar ABŞ hökumətinə qalib gəldi - BİR DÖVRÜN SONU

8 Jun 2020 10:38

İslamTimes: Qaradərili vətəndaş Corc Floydun öldürüldüyü Minneapolis şəhərindəki polis departamenti bağlanacaq.


Publika.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.

Bildirilib ki, Minneapolis Şəhər Şurası polis zorakılığına qarşı reaksiyalar və davam edən aksiyalardan sonra polis departamentinin ləğvi haqqında qərar qəbul edib.

Şura sədri Lisa Bender “şəhərimiz Minneapolis Polis Departamenti ilə toksiki münasibətini sona çatdırmağı planlaşdırır” sözlərini deyib.

Şəhərdə ictimai təhlükəsizliyi təmin edən yeni sistem yaradılacaq.

Qeyd edək ki, ABŞ miqyasında 2 həftəyə yaxındır davam edən etiraz akisyalarında xalqın tələbi polis təşkilatının maliyyə qaynaqlarının kəsilməsi, azaldılması, hətta ləğvidir. Hökumət polisin maliyyə qaynaqlarının azaldılması üzərində düşünür.


Story Code: 867277

News Link :
https://www.islamtimes.org/az/news/867277/etirazçılar-abş-hökumətinə-qalib-gəldi-bir-dövrün-sonu

Islam Times
  https://www.islamtimes.org