0
Monday 8 June 2020 - 12:07

Polisin Yasamalda inanılmaz qəddarlığı - İnsanlar alt paltarı ilə şöbəyə aparıldı!

Story Code : 867305
Polisin Yasamalda inanılmaz qəddarlığı - İnsanlar alt paltarı ilə şöbəyə aparıldı!
Dünən – iyunun 7-də sərtləşdirilmiş xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları Yasamal rayonu ərazisindəki yaşayış binalarından birinin həyətində karantin rejimi qaydalarını pozan şəxsi saxlayarkən həmin binada yaşayan bir qrup sakin mənzillərinin eyvan və pəncərələrindən polis əməkdaşlarına etiraz olaraq bindan həyətə kiçik əşyalar atıb. 

Daxili İşlər Nazirliyi bildirib ki, bu etiraz səbəbindən 11 nəfər saxlanılaraq müvafiq araşdırmalar aparılması üçün ərazi polis orqanına gətiriliblər.

Vətəndaşların əksəriyyətinin etirazına səbəb olan polisin davranışı bu həbslər zamanı da davam edib. Onlar aralarında yaşlılar da olan 11 nəfəri qollarından asılı vəziyyətdə, ağır cinayət törətmiş şəxs kimi bölməyə aparıblar.

Ən çirkin səhnə isə sakinlərin analarının, övladlarının fəryadlarına baxmayaraq, yataqlarından qaldırılaraq, alt paltarı ilə hər kəsin gözü önündə polis bölməsinə aparılması olub. 
Source : IslamTimes