0
Monday 8 June 2020 - 14:00

Əli Şəmxani: “İran neft tankerləri müqavimət strategiyasının effektivliyini göstərdi”

Story Code : 867310
Əli Şəmxani: “İran neft tankerləri müqavimət strategiyasının effektivliyini göstərdi”
Deyerler.org xəbər verir ki, Əli Şəmxani Tvitter üzərindən verdiyi açıqlamasında bunları qeyd edib: “İran neft tankerləri missiyalarını uğurla yerinə yetirdikdən sonra ölkəyə qayıdırlar. Beləliklə, aktiv müqavimət strategiyası işə yaradı və bizi blokadaya almağa çalışan axmaqlar İranın gücündən qaynaqlanan mühasirədədirlər”.

Şəmxani, həmçinin ABŞ-ın prezidenti Donald Tramp və İran üzrə xüsusi nümayəndəsi Brayan Hukun müzakirə üçün yalvarışlarının bu iddiaya dəlil olduğunu söyləyib.

Xatırladaq ki, İrana məxsus 5 neft tankeri Venesuelaya yanacaq nəql etdikdən sonra bir-bir İrana doğru irəliləyir.