QR CodeQR Code

Minlərlə yəhudi ilhaq layihəsini pisləyib

9 Jun 2020 00:50

İslamTimes: Sionist rejimin baş nazirinin, İordan şayının qərb sahilindəki geniş əraziləri ilhaq etmək layihəsinə etiraz olaraq minlərlə yəhudi küçələrə çıxıb.


Benyamin Netanyahu, "əsrin müqaviləsi" layihəsi çərçivəsində, Tramp hökumətinin dəstəyi ilə, iyulun əvvəlində İordan çayını qərb sahilinin 30 faizini işğal etmək və Fələstinin işğal edilmiş ərazilərinə qatmaq niyyətindədir.

"Deyerler.org"un Parstoday-a istinadən verdiyi xəbərə görə, Haaretz qəzeti bildirir ki, Təl-Əvivdə yaşayan 6 mindən çox mülki şəxs İsrail rejiminin işğalçı layihəsinə etiraz etmək üçün şəhərin küçələrinə çıxaraq etirazlar keçirib. Etirazlar ertəsi günün səhərinə qədər davam edib. Etiraz mitinqinin təşkilatçılarından biri, Merets partiyasının rəhbəri Nitsan Horoviç, çıxışı zamanı bu layihəni hərbi cinayəti adlandıraraq bunun işğal, zorakılıq və qan tökmə mahiyyətli olduğunu vurğulayıb. Video konfrans formatında çıxış edən Baş Ərəb Siyahısı Partiyasının lideri Ayman Auda, "İşğal aparteid olduğu üçün sülh və ədalət tərəfdarı olan bütün yəhudilər və ərəblər Qərb sahilinin işğalına qarşı çıxmalıdırlar”, - deyə qeyd edib.


Story Code: 867416

News Link :
https://www.islamtimes.org/az/news/867416/minlərlə-yəhudi-ilhaq-layihəsini-pisləyib

Islam Times
  https://www.islamtimes.org