QR CodeQR Code

Ərəbistanda koronavirusla bağlı vəziyyətdə rekord

9 Jun 2020 09:10

İslamTimes: Səudiyyə Ərəbistanında son sutka ərzində koronavirusa yoluxanların sayında rekord göstərici qeydə alınıb.


Belə ki, ölkədə 3 369 nəfərdə koronavirus aşkarlanıb. “Qafqazinfo” bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi Tvitter hesabında məlumat yayıb.

Qurumdan bildirilib ki, bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 105 283-ə yüksəlib. Pandemiyanın başladığı vaxtdan indiyədək 74 524 pasiyent sağalıb (xəstələnənlərin 70,7%-i), 746 pasiyent vəfat edib.

Qeyd edək ki, ölkədə koronavirus səbəbindən tətbiq edilən məhdudlaşdırıcı tədbirlər mayın 26-dan etibarən yumşaldılmağa başladılıb.


Story Code: 867462

News Link :
https://www.islamtimes.org/az/news/867462/ərəbistanda-koronavirusla-bağlı-vəziyyətdə-rekord

Islam Times
  https://www.islamtimes.org