0
Tuesday 9 June 2020 - 10:45

Azərbaycan xalqının polis vəhşiliyinə etirazı nəticə verdi

Story Code : 867501
Azərbaycan xalqının polis vəhşiliyinə etirazı nəticə verdi
Ötən gün səhər saatlarında Yasamaldakı yaşayış binalarına daxil olaraq, karantin rejimində polisin davranışlarına etiraz edən vətəndaşları həbs edən Çevik Polisin sakinlərə qarşı inanılmaz qəddarlığı sosial şəbəkədə bomba effekti verib. Vətəndaşları yatağından qaldırıb, əyninə paltar belə geyinməsinə icazə verməyən Polislərin insanları təhqir edərək alt paltarı ilə şöbəyə aparması hətta şou-biznes əhlinin də ciddi etirazına səbəb olub. Polisə etiraz etməsi səbəbindən evlərinə basqın edilən vətəndaşlarla təhlükəli bir terrorist kimi davranılması qəbuledilməz addım kimi dəyərləndirilib. Sosial şəbəkələrdə on minlərlə insan polisə "ar olsun sizə" deyə mesaj ünvanlayıb.

Bütün bu etirazlardan sonra polis gözdən pərdə asmaq üçün və özünü xalqın yanında göstərmək üçün işçilərdən birinin vətəndaşla kobud rəftar etdiyini bildirib və onu işdən qovub. Halbuki, ötən günki hadisələr də daxil olmaqla uzun illərdir ki, polis işçilərinin əksəri etirazçılara qarşı nalayiq ifadələr işlədir və onları təhqir edir! 

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, Yasamalda lentə alınmış videogörüntülər araşdırılıb və bu zaman əməkdaşlardan birinin bir qadınla yüksək səs tonunda danışaraq onun həyat yoldaşının ünvanına yersiz ifadələr işlətməsi müəyyən edilib ki, bu da bağışlanmaz hal kimi qiymətləndirilib. Həmin qadın Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilib və ondan üzr istənilib. Polis əməkdaşı isə tutduğu vəzifədən azad edilib.

Bu hal onu göstərir ki, daim polisin qəddarlığına haqq qazandıran DİN xalqın etirazı qarşısında bu dəfə baş əyməyə məcbur olub!
Source : IslamTimes