0
Wednesday 10 June 2020 - 00:08

Amerikalıların əksəri Floydun qətli ilə bağlı aksiyaları dəstəkləyir

Story Code : 867605
Amerikalıların əksəri Floydun qətli ilə bağlı aksiyaları dəstəkləyir
"Washington Post" qəzeti yeni bir sorğunun nəticələrinə əsasən yazıb ki, amerikalıların əksəriyyəti, Corc Floydun ağdərili polis məmuru tərəfindən qətlə yetirilməsinə görə daha da genişlənən etirazları dəstəkləyir.

Qəzet bu insanların əksəriyyətinin Amerikada polisin qaradərililərə qarşı ədalətli davranmadığına inandıqlarını bildirib.

Washington Postun yazdığına görə, sorğuda iştirak edənlər son etirazlar zamanı Donald Trampın xalqa qarşı davranışını mənfi dəyərləndiriblər.

Sorğuda iştirak edənlərin 61 faizi Trampın son həftələrdəki etirazları idarə etmə üsuluna qarşı olduğunu bildirib. Yalnız 35 faiz onun qərarlarını dəstəkləyib.

Washington Post qəzeti yazıb ki, hər 3 amerikalıdan 2-i Corc Floydun qətlinin hüquq-mühafizə orqanlarında daha geniş problemlər olduğunu göstərdiyini söyləyib.

Amerikalıların dörddə üçü (74 faizi), Corc Floydun öldürülməsini ABŞ-da irqi ayrıseçkiliklə bağlı ən böyük problem hesab edir.
Source : IslamTimes