0
Wednesday 10 June 2020 - 08:32

Qaradərililərin etirazından qorxuya düşən ABŞ hakimiyyəti diz çökür!

Story Code : 867636
Qaradərililərin etirazından qorxuya düşən ABŞ hakimiyyəti diz çökür!
APA-nın “The Hill” qəzetinə istinadən verdiyi xəbərə görə, bununla da bu postu ilk dəfə qaradərili hərbçi tutacaq. Braunun namizədliyini 98 senator dəstəkləyib və heç kim onun əleyhinə səs verməyib.

Çarlz Braunun təyinatı ilə afroamerikalı 1993-cü ildə bəri ilk dəfə Birləşmiş Ştatlar Qərargah Rəisləri Komitəsinə yenidən üzv olacaq.

Nəşr, həmçinin səsvermənin ABŞ-ın Minnesota ştatında mayın 25-də afroamerikalı Corc Floydun polis tərəfindən saxlanıldıqdan sonra öldürülməsi ilə əlaqədar irqi ayrıseçkiliyə qarşı kütləvi etirazların baş qaldırdığı bir vaxtda keçirilməsinə də diqqət çəkib.

ABŞ Prezidenti Donald Tramp da generalı Senatda səsvermə başlamazdan əvvəl təbrik edib: “Bu, Amerika üçün tarixi bir gündür! Mən vətənpərvər və böyük bir lider olan general Braunla daha çox işləməkdən məmnunam”, - deyə Tramp şəxsi “Twitter” səhifəsində yazıb.

Qeyd edək ki, Braun əvvəllər ABŞ Hərbi Hava Qüvvələrinin Sakit və Hind okeanlarında ordu komandiri vəzifəsini icra edib.