0
Wednesday 10 June 2020 - 09:38

Pekində korona xəstəsi qalmadı

Story Code : 867652
Pekində korona xəstəsi qalmadı
Axar.az xəbər verir ki, sonuncu COVİD-19 xəstəsi iyunun 8-də müalicəni başa vuraraq xəstəxananı tərk edib.

Ötən sutka ərzində təsdiqlənmiş, şübhəli və asimptomik yoluxma da qeydə alınmayıb. Ümumiyyətlə, ardıcıl 54 gündür ki, Pekində daxili ötürülmə yolu ilə yoluxma baş verməyib. İndiyədək xaricdən gələn 174 nəfərin yeni növ koronavirus daşıyıcısı olduğu aşkarlanıb. Onların da 173 nəfəri müalicəni başa vurub.